cümə, 02 yanvar 2026

DÜNYA FUTBOLU

Messi DÇ-2018-dən kənarda qala bilər

06.10.2017 14:33 Oxundu 3445

Məlunm olduğu kimi, DÇ-2018-ə Cənubi Amerika zonasından 4 komanda birbaşa vəsiqə qazanacaq. Daha bir komanda isə - yəni yarış cədvəlində 5-ci yeri tutan komanda Okeaniya zonasının ən yaxşı komandası ilə pley-off oyunu oymnamaq hüququ qazanır və həmin cütlüyün qalibi DÇ-2018-ə vəsiqə əldə edir.

Son tur ərəfəsində yalnız Braziliya vəsiqəni təmin edib. 28 xal toplayan Uruqvay 2-ci pillədədir. Son turda Uruqvay bütün ümidlərini itirmiş Boliviyanı qəbul edəcək. Heç-heçə belə Uruqvaya DÇ-2018-ə birbaşa vəsiqə vəd edir.

3-cü pillədə qərarlaşan Çili və 4-cü yeri tutan Kolumbiya komandalarının 26 xalı var. Amma bu komandalar rahat nəfəs ala bilmirlər. Belə ki, müvafiq olaraq 5 və 6-cı yerlərdə gedən Peru və Argentinanın 24 xalı var. Çili son turda Braziliyanın qonağı olacaq. Braziliyanın qələbəsi Argentinanın şansını artıran faktordur.

Son turda Argentina Ekvadorun qonağı olacaq. Ekvador da bütün şanslarını itirib. Bu oyunda Messinin komandası mütləq qalib gəlib digər oyunların nəticələrini gözləməlidir. Argentinanın şansını artıran daha bir faktor son turda Perunun Kolumbiyanı qəbul etməsidir. Bu oyunda xal itirən tərəf öz yerini Argentinaya verəcək və bu da Argentinaya Okeaniya zonasının qalibi ilə pley-off oynamaq huququ qazandıracaq. Braziliya Çilini məğlub edərsə, hətta Argentinanın DÇ-2018-ə birbaşa vəsiqə qazanmaq şansı yaranır. Bunlar Argentinanın Ekvadoru məğlub edəciyi təqdirdə mümkün olacaq. Əgər Argentina Ekvadorda xal itirərsə, onda ümumiyyətlə, DÇ-2018-dən kənarda qala bilər.