çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır

07.10.2017 13:50 Oxundu 2743

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır.

Dəmirörən Türkiyə millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə şansını itirməsindən sonra belə fikrə düşüb.

Ötən gün o, "ay-ulduzlular"ın İslandiyaya 0:3 hesabı ilə uduzduğu IX tur matçından sonra stadionu baş nazir Binəli Yıldırımla birgə tərk edib. Federasiya prezidentinin istefada qərarlı olduğu bildirilir.

Yığmanın baş məşqçisi Mirça Luçesku isə oktyabrın 9-da Finlandiya ilə səfərdə keçirəcəkləri son seçmə oyuna ən azı 4 futbolçunu aparmamağı məqsədəuyğun sayıb. Bunlar Arda Turan, Burak Yılmaz, Selçuk İnan və Caner Erkindir. Arda İslandiya ilə oyunda azarkeşlərin etirazı ilə qarşılaşıb. Burak və Selçukun yüngül zədəsi var. Caner isə sarı vərəqə cəzalısıdır. Bu siyahıya yeni oyunçuların da qoşulacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir. Report