07.10.2017 16:40
3249

PSJ-nin hücumçusu Neymar daha əvvəl heyətində çıxış etdiyi “Barselona” komandasını Çempionlar Liqasında iştirakdan uzaqlaşdırmaq xahişi ilə UEFA-ya müraciət edib.
“Cempion.az”ın TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb kimi “2016-cı ildə braziliyalı futbolçunun Kataloniya təmsilçisi ilə müqavilənin müddətinin uzadılmasına görə Barselona”nın Neymarın atasına 26 milyon avro həcmində bonusu ödəməməsi göstərilir. UEFA Neymarın müraciətinə mənfi cavab verib.
Xatırladaq ki, avqustda Neymar “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer edilib. Bu transfer braziliyalı forvardı futbol tarixinin ən bahalı oyunçusu edib.