
“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.
Hələlik açıqlanan “beşlik”də 222 milyon avroya İspaniyanın “Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.
Braziliyalı ilə yanaşı, İspaniya “Real Madrid”indən Luka Modriçlə Marselo, İngiltərə təmsilçisi “Çelsi”dən N`Qolo Kante və İtaliyanın “Yuventus” klubundan Paulo Dibala siyahıda yer alıb.
Namizədlərin yekun siyahısındakı qalan 25 futbolçu gün ərzində açıqlanacaq.
Qeyd edək ki, “France Football” 1956-cı ildən “Qızıl top” mükafatını təqdim edir. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına “Barselona”nın kapitanı Lionel Messi ilə “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə “Qızıl top” alıb. Report