cümə axşamı, 14 avqust 2025

DÜNYA FUTBOLU

İngiltərəli futbolçu Ginnesin Rekordlar Kitabına düşdü

09.10.2017 17:30 Oxundu 2557

İngiltərənin “Stok Siti” komandasının hücumçusu Piter Krauç Ginnesin Rekordlar Kitabının yeni nəşrinə salınıb.

“Cempion.az”ın RBK-ya istinadən verdiyi məlumata görə, futbolçu İngiltərə Premyer Liqasında baş zərbəsi ilə rekord sayda qol vurmasına görə qeyd olunub. 36 yaşlı ingilis forvard karyerası ərzində “Kuinz Park Reyncers”, “Portsmut”, “Aston Villa”, “Norviç”, “Sautehempton”, “Liverpul”, “Tottenhem” klublarında çıxış edib. O, 2011-ci ildən “Stok Siti”də oynayır. P. Krauç Premyer Liqada ümumilikdə 436 oyun keçirib və 105 qol vurub. Qolların 36-sını isə başla vurub.