
DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Almaniya – Azərbaycan oyunundan sonra komandamızın baş məşqçisi Robert Prosineçki həm bu oyunu, həm ümumilikdə seçmə mərhələnin yekununu dəyərləndirib:
“Bu hesabdan sonra nəsə demək çətindir. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq, qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı. Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı çıxış etdik. Şimali İrlandiya yığması ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.