
DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Almaniya – Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi Yoaxim Löv oyun barədə fikirlərini çıqlayıb:
“Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdır. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi. İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər”.