çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Fransada oyun zamanı futbolçu infarkt keçirib

10.10.2017 12:05 Oxundu 2630

Futbol üzrə Fransa kubokunun V mərhələsi çərçivəsində keçirilən “Marli-la-Vil” – “Versal” oyununda bədbəxt hadisə baş verib.

Qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin İdriss adlı futbolçusu infarkt keçirərək, yerə yıxılıb.

Nəticədə görüş yarımçıq dayandırılıb, futbolçu isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Hələ də özünə gəlməyən İdrissin durumu ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, yarımçıq dayandırılan oyunda 28-ci dəqiqəyə qədər hesab açılmayıb. Report