10.10.2017 17:08
2790

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirib.
Futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşib. Oyun millimizin 1:2 hesabı məğlubiyyəti ilə başa çatıb. Komandamızın təsəlli qolunu oyuna əlavə edilmiş dəqiqələrdə Bahadur Həziyev vurub.
Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.