10.10.2017 17:17
2885

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirib.
Futbolçularımız Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşır. Oyunun ilk 60 dəqiqəsində irlandlar 6 dəfə fərqləniblər: 6-0. Sonrakı dəqiqələrdə irlandlar daha qol vurmaq həvəsinə düşməyiblər və oyun bu hesabla da başa çatıb.