10.10.2017 17:51
3282

Kataloniyada müstəqillik barədə referendum keçirilməsinə baxmayaraq "Barselona" İspaniya çempionatında və İspaniya kuboku uğrunda mübarizəsini davam etdirəək. Mindio Deportivonun verdiyi məlumata görə Kataloniya Futbol Federasiyası İspaniya Futbol Federasiyasının (İFF) rəhbərliyi altında fəaliytyət göstərməyə hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, "Barselona" hazırkı fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, İFF bundan əvvəl belə bir bəyanat yaymışdı ki, referendumla əlaqədar olaraq "Barselona" İspaniya Futbol Federasiyasının bayrağı altında oynamaqdan məhrum edilə bilər. Bunun qarşılığında isə UEFA İFF-ni Avropa Futbol İttifaqından kənarlaşdırmaqla təhdid etmişdi