10.10.2017 18:04
2850
2850
Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan klubun rəhbərliyinə uelsli yarımmüdafəçi Qaret Beylin satılmasına razı olduğuna bildirib.
İspaniya mətbuatının verdiyi məlumata görə, Beyl tez-tez zədələndiyi üçün Zidan onu hesabdan silməyə hazırlaşır. Mənbələr bildirir ki, "Real" Beylin transferi üçün 100 milyon avro qiymət qoyub.
Xatırladaq ki, ötən yay "Mançester Yunayted"in baş məşqçisi Beyli transfer etmək istəyirdi.