çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

Millimizin hücumçusu klubunda məşqə buraxılmır

11.10.2017 12:30 Oxundu 3258

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu “Bursaspor”un məşqlərində iştirak etmir.

Buna səbəb 29 yaşlı forvardın zədədən əziyyət çəkməsidi.

Belə ki, milli komandaların DÇ-2018-in seçmə mərhələ oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasiləni gündəlik məşqlərlə keçirən “Bursaspor” hələ də tam heyətlə hazırlaşa bilmir. Yığmalardan yeni dönən oyunçularla yanaşı, zədəlilər Pablo Batalya, Bilal Kısa, Coşua Con və Dəniz Yılmaz baş məşqçi Pol Le Quenin ixtiyarında deyillər. Həkimlər müalicəsini davam etdirən Dənizin hələlik məşq keçməsinə icazə vermirlər. Onun Superliqanın VIII turu çərçivəsində “Osmanlıspor”la matçda iştirakı sual altındadı.

Qeyd edək ki, “Bursaspor” – “Osmanlıspor” görüşü oktyabrın 16-da keçiriləcək. Apasport.az