çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Messi coşdu, Argentina vəsiqəni təmin etdi

11.10.2017 11:55 Oxundu 2502

Rusiyada keçiriləcək DÇ-2018-ə Cənubi Amerika zonasından qatılacaq 4 komandanın adı müəyyənləşib. Son tur ərəfəsində Messili Argentina komandası çətin vəziyyətə düşmüşdü. Belə ki, komanda son turda rəqib meydançada mütləq qələbə qazanmalı və digər oyunların nəticələrini gözləməli idi. Sonda argentinalılar üçün hər şey yaxşı qurtarıb. Onlar Ekvador millisinə 3-1 hesabı ilə qalib gəliblər. Argetinalıların hər 3 qolunu Messi vurub.

Yarış cədvəlində Argentinanı qabaqlayan Peru və Kolumbiya komandaları isə öz aralarında heç-heçəyə razılaşıblar: 1-1.

Rusiyaya putyovkanı öncədən təmin edən Braziliya millisi isə son tur ərəfəsində 3-cü pillədə olan Çili komandasını 3-0 hesabı ilə məğlub edib. Bununla Çili millisi yarış cədvəlində 6-cı pilləyə enərək DÇ-2018-dən kənarda qalıb. Bu nəticə Argentinanın 3-cü illəyə qaldıraraq dünya çempionatına birbaşa getməsinə kömək edib.

Uruqvay Boliviyanı 4-2 hesabı ilə məğlub edərək 2-ci pillədəki mövqeyini möhkəmlədib

Bununla da DÇ-2018-ə Cənubi Amerka zonasından qatılacaq 4 komanda bəlli olub. Bunlar Braziliya, Uruqvay, Argentina və Kolumbiya milli komandalarıdır.

Yarış cədvəlində 5-ci yeri tutan Peru isə Okeaniya zonasının qalibi ilə pley-off oynamaq hüququ qazanıb. Okeaniya zonasının qalibi Yeni Zelandiya və Salomonovo adaları milliləri arasında keçiriləcək iki oyunla müəyyənləşəcək.