
Xəbər verdiyimiz kimi, 2018-ci ilin sentyabrında UEFA-nın yeni layıhəsi olan Millətlər Liqasının oyunları start götürəcək. Dünya Çempionatı-2018-in seçmə mərhələsinin nəticələrinə görə, həmin liqanın divizionlar üzrə iştirakçıları müəyyənləşib. Azərbaycan millisi D Divizonunda, başqa sözlə 4-cü liqada mübarizə aparacaq.
A Divizionu
Buna Birinci Liqa da demək olar. Burada hər birində 3 komanda olmaqla 4 qrup yaradılacaq. Qruplar ağıdakı komandalardan təşkil olunacaq:
Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya.
B Divizionu
Üç komandalı dörd qrup:
Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə.
C Divizionu
Bir qrupda 3 komanda, 3 qrupda isə 4 komanda olacaq:
Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva.
D Divizionu
Dörd komandalı dörd qrup olacaq:
Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San Marino və Gibraltar.
Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda A Dvizionundakı qrupların qalibləri arasında Millətlər Liqasının çempionu adı uğrunda turnir keçiriləcək. A, B və C divizionlarda ən pis nəticə göstərən komandalar özlərindən aşağıdakı liqaya yuvarlanacaqlar. Onları yuvarlandıqları liqanın qalibləri əvəz edəcək.
Qeyd edək ki, Millətlər Liqasından 2020-ci il Avropa Çempionatın final mərhələsinə 4 vəsiqə veriləcək. Bu 4 vəsiqənin sahibi bütün Divizionların qruplarının 16 qalibi arasında keçiriləcək turnirdə müəyyənləşəcək.