çərşənbə, 13 avqust 2025

DÜNYA FUTBOLU

Məşhur futbolçu ölkəsinin baş naziri oldu

12.10.2017 10:59 Oxundu 3223

Əfsanəvi futbolçu Corc Vea ölkəsi Liberiyada baş nazir seçilib.

Bir zamanlar İtaliyanın “Milan” klubunda oynayan məşhur futbolçu seçkilərdə ən çox səsi qazanan şəxs olub.

Qeyd edək ki, C.Vea 1995-ci ildə FiFA-nın "Qızıl top" mükafatını qazanıb. O, bu mükafata layiq görülən ilk afrikalı futbolçu olub. Vea 1995-1996 və 1997-1998-ci illərdə “Milan” klubu ilə İtaliya çempionluğunu yaşayıb. Lent.az