çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Komandalarımız fərqlənə biləcəkmi?

14.07.2016 11:01 Oxundu 1709

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Bu mərhələdəki təmsilçilərimizdən "Neftçi" öz meydanında Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" mərhələ adlamaq üçün səfərə rahat hesabla yollanmalıdır. İlk mərhələdə Maltanın "Baltsan" klubunu mübarizədən kənarlaşdıran Vəli Qasımovun yetirmələri ev oyunlarındakı uğursuzluğu da sonlandırmaq istəyir. Belə ki, paytaxt klubu düz 11 oyundur ki öz meydanında qələbə sevinci yaşaya bilmir. 4 il sonra qələbə qazanmaq isə futbolçular üçün əlavə stimul və cavab matçı öncəsi üstünlük ola bilər.

"Neftçi" bu gün həm də Azərbaycan klublarının yubiley qələbəsinə öz imzasını ata bilər. Digər təmsilçilərimizdən daha əvvəl meydana çıxacaq "ağ-qaralar" qələbəni bayram edəcəyi halda həm də yerli klubların Avrokuboklardakı 70-ci qələbəsini reallaşdıra bilər.

Avropa Liqası

II təsnifat mərhələsi (İlk oyunlar)

14 iyul

20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malitsin

Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan)

Bakı. 8-ci km stadionu

Qol vuraraq dönməlidir

"Kəpəz"in - Şahin Diniyevin yetirmələrinin rəqibi Avstriya təmsilçisi "Admira" olacaq. Uzun müddət aradan sonra Avrokuboklarda çıxış edən və tarixində ilk dəfə mərhələ adlayan gəncəlilər bu uğurunun davamını gətirməyi arzulayır. Ancaq bu, o qədər də asan olmayacaq. "Kəpəz"in ilk mərhələdə mübarizədən kənarlaşdırdığı "Daçiya"ya nisbətən daha güclü təsir bağışlayan avstriyalıları yolundan kənarlaşdırması üçün səfərdən qalib, ən azından qol vuraraq dönməlidir.

Avropa Liqası

II təsnifat mərhələsi (ilk oyunlar)

14 iyul

21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)

Baş hakim: Pavle Radovanoviç

Baş hakimin köməkçiləri: Dimitriye Mrqunoviç, Aleksandar Cikanoviç

Dördüncü hakim: Miloş Savoviç (hamısı Monreneqro)

Hakim-inspektor: Neyl Barri (İngiltərə)

UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Sankt-Polten. NV Arena

"Qəbələ"yə bərabərlik də bəs edə bilər

Bu gün Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" də meydana çıxacaq. Təmilçimiz Macarıstanda MTK-nın qonağı olacaq. Ötən mövsüm birinci mərhələdən başlayaraq qruplara qədərə irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri Azərbaycan tarixində ilk dəfə bir macar klubu ilə oynayacaq.

Səfər matçlarında uğursuz çıxış edən qəbələlilər bu dəfə bu sindromu qırmağı arzulayır. Ancaq komandaya bərabərlik də bəs edə bilər. Belə ki, xüsusilə də Bakıda yaxşı oynayan komanda səfərdə əldə etdiyi heç-heçəni doğma meydanda öz lehinə çevirə bilər.

Avropa Liqası

II təsnifat mərhələsi (ilk oyunlar)

14 iyul

22:30. MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Boyan Pandjiç

Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Syoblom

Dördüncü hakim: Mohammed Al-Hakim (hamısı İsveç)

Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)

UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Dyer. "Dyirmot" stadionu