02.11.2017 12:55
5399
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib. O, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub.
Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov xallarının sayını 2801,5 çatdırıb ki, bu da FİDE reytinqində ikinci nəticədir. Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov FİDE reytinqində belə yüksək nəticə qazanmış ilk azərbaycanlıdır.