cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Azərbaycanda oyunu ləğv olundu - Stadion tapılmayıb

14.01.2018 17:25 Oxundu 4161

“Kəpəz”in I Divizion təmsilçisi “Sabah”la yoxlama oyunu ləğv olunub.

Buna səbəb matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdır. Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər.

Amma klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb. Qafqazinfo