cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Əfsanəvi futbolçu Uels millisinə baş məşqçi təyin olunub

15.01.2018 11:25 Oxundu 2626

Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub.

Bu, yığmanın sabiq yarımmüdafiəçisi və kapitanı Rayan Giqqzdir. Vaxtilə İngiltərə "Mançester Yunayted"ində çıxış etmiş əfsanəvi futbolçunun rəsmən təyinatı bu gün açıqlanacaq. Uels Futbol Assosiasiyası yığmanın daha bir sabiq futbolçusu Kreyq Bellami, eləcə də Toni Pyulis və Tyerri Anrinin də namizədliyini nəzərdən keçirib. Lakin sonda seçim 44 yaşlı mütəxəssisin üzərində edilib.

Qeyd edək ki, 1991 - 2007-ci illərdə Uels millisində 64 oyun keçirmiş Rayan Giqqz Kris Koulmeni əvəzləyəcək. Koulmen yığma komanda 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün istefa verib. Report