cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Kəpəz" Koreya klubu ilə qüvvəsini sınayacaq

15.01.2018 14:33 Oxundu 2831

Türkiyə toplanışı müddətində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub. Gəncə klubu Antalyada Cənubi Koreyanın “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, gəncəlilərin qardaş ölkədə keçirəcəyi dörd yoxlama görüşündən üçündə rəqiblər bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, "Kəpəz" yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə görüşəcək.