17.01.2018 17:43
3521
3521

"Neftçi” PFK heyətinə yeni əcnəbi transferini reallaşdırıb. Klub paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsia ilə bir illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.