cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Azarkeşlər Ronaldonun getməsini istəyirlər

19.01.2018 14:36 Oxundu 3689

"Real" azarkeşlərinin 67,5% -i 32 yaşlı portuqaliyalı hücumçu Kristiano Ronaldonun komandadan ayrılmasını istədiklərini bildiriblər. As.com saytının yaydığı xəbərə görə, bu azarkeşlər arasında keçirilən sorğunun nəticəsində məlum olub. Məlumatda qeyd olunur ki, sorğuda 125 azarkeş iştirak edib.

Bir qədər əvvəl bildirildi ki, "Real Madrid"in prezidenti Florentino Peres Ronaldonun menecerinə futbolçu üçün klub tapmağa razılıq verib. Başqa bir xəbərdə isə komandanın baş məşqçisi Zinəddin Zidanın Ronaldonun gedişinə razı olmadığı bildirilirdi. Hər halda yaxın zamanarda situasiyaya aydınlıq gələcəyi gözlənilir.

Xatırladaq ki, cari mövsümdə Ronaldo bütün turnirlərdə 24 matçda "Real" formasını geyinib. O, 16 qol vurub, 3 məhsuldar ötürmə verib. Futbolçunun "Real"la müqaviləsi 2021-ci ilin yayına qədər etibarlıdır.

Onu da qeyd edək ki, Çinin "Tianjin Quanjian" klubu Ronaldonu sıralarında görmək istəyir.