25.01.2018 15:22
2244
Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç martın 27-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Antalyada Moldova yığması ilə qarşılaşacaq.