cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Beşiktaş” yeni hücumçu aldı

25.01.2018 19:40 Oxundu 2586

“Beşiktaş” hücum xəttini yeni forvardla gücləndirib.

Cempion.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi “Alanyaspor”dan Vaqner Lavı transfer edib. Brazıliyalı hücumçunun transfer qiyməti 3,2 milyon avro təşkil edir.

Qeyd edək ki, V. Lav 2016-2017-ci illər mövsümündə 23 qolla Türkiyə çempionatının bombardiri olmuşdu. 33 yaşlı forvard bu mövsüm meydana çıxdığı 14 oyunda 10 qol vurub.