31.01.2018 16:55
2556
“Arsenal” klubunun yarımmüdafiəçisi Məsud Özil London təmsilçisinin heyətində çıxış etməyə davam edəcək.
Cempion.az-ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, Almaniya yığmasının üzvü bu gün “Arsenal” ilə müqaviləsinin müddətini 2021-ci ilin yayınadək uzadıb. Bununla da M.Özil klubun tarixində ən yüksək ödənişli oyunçu oldu. Onun məvacibi vergilər ödənilənədək həftədə 350 min funt-sterlinq təşkil edəcək.