şənbə, 23 mart 2019

DÜNYA FUTBOLU

“NTV Spor” telekanalı bağlanacaq

02.02.2018 18:00 Oxundu 497

Türkiyənin “NTV Spor” telekanalı bağlanacaq.

Cempion.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Doğuş Yayım Qrupuna məxsus olan telekanal “Discovery Communications” tərəfindən satın alınıb.

“NTV Spor” yaxın 15 gün ərzində fəaliyyətini dayandıracaq.

“Discovery Communications” onu kişilərə yönəlmiş yeni əyləncə telekanalına çevirəcək.

“NTV Spor”un yayım məzmunu NTV telekanalında davam edəcək.