cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Ürfan Abbasov rekordçudur

12.02.2018 13:59 Oxundu 1420

"Qəbələ"də indiyədək ən çox oyun keçirən futbolçu Ürfan Abbasovur. Onun hesabında 175 oyun var. Dodo 161 oyunla 2-ci sırada qərarlaşıb.

3-cü pillənin sahibi isə XV turun görüşündə dəyişib.

Bu matçadək Viktor Mendi ilə eyni sayda – 127 oyun keçirən Dmitri Bezotosnı 128-ci qarşılaşmada iştirak edib.

Ukraynalı qapıçı bununla da 3-cü yerin vahid sahibinə çevrilib.

Daha bir təcrübəli futbolçu Asif Məmmədov isə “Qəbələ”də 90-cı oyununu keçirib.

O, bu göstəricidə 13-cü olan Lyubo Baraninə şərik çıxıb.

gabalafc.az