18.02.2018 19:37
2916
Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Həftənin son oyunu lider "Qarabağ"la debütant "Səbail" arasında olub.
"Bayıl Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın taleyini Mahir Mədətovun 51-ci dəqiqədə vurduğu qol həll edib.
Bu qalibiyyətdən sonra "Qarabağ" xallarının sayını 41-ə çatdırıb. "Səbail" isə 14 xalla 6-cı sıradadır.
İlk oyun günündə "Qəbələ" "Zirə"ni 2:1, "Sumqayıt" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib. Bu gün baş tutan digər qarşılaşmada "Keşlə" "Kəpəz"i məğlub edib 1:0. Report