cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Olimpiadadan qaçdığı deyilən idmançı barədə - Açıqlama

19.02.2018 12:45 Oxundu 3687

Azərbaycanı Pxençxan Qış Olimpiya Oyunlarında təmsil edən Patrik Braxnerin yarışlara çıxmayaraq qaçdığı barədə 2 gündür sosial şəbəkələrdə informasiya yayılıb. Xizəkçinin dünən nəhəng slalom növündə oyunlara qatılmaması da şübhə yaradıb.

Pxençxan Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov məsələyə aydınlıq gətirib. O bildirib ki, Braxner nəhəng slalom növündə yarışlara əvvəlcədən də qatılmamalı imiş: “Patrik nəhəng slalom yarışlarında çıxış etməməli idi. O, yalnız bir idman növündə mübarizə aparacaq. Çünki ona lisenziya dağ xizəyi üzrə verilib və burada da Braxnerin seçim etmək şansı var.

Düzdür, istəsəydi, nəhəng slalomda çıxış edə bilərdi. Amma burada heç şans yox idi və yaxşısı slalom yarışlarıdır. Bu onun özü üçün də rahat olacaq. Özünü cəmləyib ki, slalomda medal qazanacaq. Əvvəl xəstə idi. Xəstəxanaya getdik və hər şey qaydasındadır. Səhhətində heç bir problem yoxdur. Burada hava da əladır”.

Qeyd edək ki, Patrik Braxner fevralın 22-də slalom yarışlarına qatılacaq. Qafqazinfo