şənbə, 23 mart 2019

DİGƏR NÖVLƏR

Azərbaycan rekordu Türkiyədə yeniləndi

19.02.2018 16:10 Oxundu 907

Türkiyədə atletika üzrə “İstanbul İndoor Cup” keçirilib.

Yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.

Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləşib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi. Apasport.az