cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Renat Dadaşovdan razı qaldım” - “Ayntraxt”ın yeni baş məşqçisi

19.02.2018 16:45 Oxundu 3045

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov üçün klubu “Ayntraxt”da yeni şans yaranıb.

Gənc forvardın U-19 komandasının heyətində meydana çıxması və qol vurması ona olan inamı geri qaytarıb.

“Ayntraxt”ın U-19 komandasına yeni baş məşqçi təyin olunan Frank Leyxt yığmamızın üzvünə güvənir. O, Almaniya Gənclər Bundesliqasının cənub zonasında “Karlsrue” ilə görüşdə həmyerlimizə 90 dəqiqə şans verib və Renat qələbə qolunun müəllifi olub.

Əsas komandanın baş məşqçisi Niko Kovaç və meneceri Bruno Hübnerin canlı izlədiyi görüşdən sonra Leyxt hücumçumuzu tərifləyib: “Renat da, digərləri də gənc futbolçulardı. Bəzən onları bağışlamaq lazım gəlir. Bu yaşda hər kəs səhv edə bilər. Şəxsən mən Renatdan razı qaldım. O, istədiyim kimi oyun keçirdi”.

Qeyd edək ki, ötən il “Ayntraxt”ın U-17 komandasını çalışdıran Frank Leyxt bir həftə əvvəl U-19-a təyin edilib. Apasport.az