cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Qarabağ”ın futbolçusu “Fənərbaxça”da!

20.02.2018 10:15 Oxundu 3716

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək. “Fotomaç” qəzetinin məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə anlaşıb. “Qarabağ”ın futbolçusu “sarı-lacivərdlilər”in bu ay aşağı yaş qrupuna cəlb etdiyi 8 oyunçudan biri olub. Onunla yanaşı, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyin, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də İstanbul nəhəngi akademiyasına transfer edib. Turan Vəlizadə “Fənərbaxça”nın U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötənaykı toplanışında iştirak edib. O, baş məşqçi Vüqar Məmmədin Antalya hazırlığına apardığı heyətdə yer alıb. Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də "Fənərbaxça"da çıxış edib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi "Qarabağ"ın aşağı yaş qruplarına cəlb olunub.Apasport