şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Keşlə"nin sabiq futbolçusu baş məşqçi təyinatından dörd gün sonra qovulub

20.02.2018 14:17 Oxundu 3220

Bakının "Keşlə" klubunun sabiq futbolçusu Mixail Makovski Belarusun "Molodeçno" komandasına baş məşqçi təyin olunduqdan cəmi dörd gün sonra istefaya göndərilib. Buna 41 yaşlı yaşlı mütəxəssisin fevralın 16-da azarkeşlər və mətbuatla görüşə içkili halda gəlməsi səbəb olub. M.Makovski həmin vaxt ayıq vəziyyətdə olmadığını etiraf etsə də, qovulmaqdan qurtula bilməyib. Onun yerinə qardaşı Vladimir Makovski təyin olunub.

Lakin V.Makovski danışılmış oyunların təşkilində iştirak etdiyi üçün 2017-ci ilin oktyabrında azadlığı 2 il müddətinə məhdudlaşdırılıb və o, 5 il müddətinə futbolla bağlı istənilən fəaliyyət hüququndan məhrum edilib. Bu faktla əlaqədar ictimaiyyətin etiraz etdiyindən, "Molodeçno"nun baş məşqçi vəzifəsinə Valeri Vetrov təyin olunub.

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları Molodeçno şəhərində doğulublar. Onlar futbolçu kimi də ilk dəfə elə bu şəhərin komandasında çıxış ediblər. Makovskilər əvvəllər "İnter" adlanan klubda 2004-2005 və 2005-2006 mövsümlərində forma geyiniblər. Report