çərşənbə, 17 aprel 2024

BİZİM FUTBOL

Azərbaycanda oynamış futbolçu ömürlük diskvalifikasiya edilib

22.02.2018 15:33 Oxundu 2999

Belarusda danışılmış oyunlarda iştirak edən şəxslər cəzalandırılıb.

Belarus Futbol Federasiyasının Etika Komissiyasının diskvalifikasiya etdiyi futbol adamlarının sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Vladimir Makovski də yer alıb.

“İnter”in (hazırkı “Keşlə”) sabiq hücumçusu 2013-2016-cı illərdə çalışdırdığı “İsloç”dakı əməllərinə görə komitənin “qara siyahı”sına düşüb. Bu üzdən də ona ağır sanksiya tətbiq edilib. Belə ki, 41 yaşlı çalışdırıcı futboldan ömürlük uzaqlaşdırılıb.

Onunla birlikdə “İsloç”un formasını geyinmiş Aleksandr Tişkeviç, Aleksandr Lebedev, Andrey Porıvayev, Yuri Rıjko, həmçinin Sergey Şumanov, İqor Juravlyov (hər ikisi “Luç”), Vitali Jeludok, Vyaçeslav Palaznik, Yeqor Qudel, Aleksey Sakoviç (hamısı “Oşmyanı-BQUFK”) və İlya Qavrilov (“Qranit”) da eyni cəzaya məruz qalıb.

Vladimir Makovski qardaşı Mixail Makovski ilə birlikdə 2005-2006-cı illərdə Azərbaycan çempionatında oynayıb. Futbolçu karyerasını 2012-ci ildə bitirən Vladimir dərhal məşqçiliyə başlayıb.

Qeyd edək ki, Vladimir Makovski Belarus millisində 28 matçda 4 qol vurub. Apasport.az