cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Levandovski satılmır” - Haynkes

24.02.2018 15:20 Oxundu 3247

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes komandanın futbolçusu Robert Levandovski haqda danışıb. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, o, adı “Real”la hallanan polşalı hücumçunun satılmayacağını bildirib.

Haynkes Münhen klubunun əsas “silah”larından olan Levandovskinin gedəcəyini təsəvvür etmək belə istəmir: “Biz oyunçularımızı satmaq fikrində deyilik. “Bavariya”nın yaxşı futbolçuları elə bizimlə qalacaq. Təsəvvür edə bilmirəm ki, Levandovski gedə. Onun agentini dəyişməsinin nədənsə xəbər verdiyini düşünmürəm. Levandovskinin hansı menecerlə işləməsi bizə önəmli deyil. Robert “Bavariya”da qalacaq”.

Qeyd edək ki, Levandovski “Bavariya”ya 2014-cü ildə Dortmund “Borussiya”sından keçib.