çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

Azarkeşlər baş məşqçini xəstəxanalıq etdi - oyun təxirə düşdü

26.02.2018 16:30 Oxundu 2658

Yunanıstan futbolunda növbəti insident yaşanıb.

Qol.az-ın xəbərinə görə, hadisə PAOK - “Olimpiakos” oyununda baş verib.

Görüşdən əvvəl yerli azarkeşlər qonaq komandanın ehtiyat oyunçular skamyası tərəfə müxtəlif əşyalar atıblar. Atılan əşyalardan biri “Olimpiakos”un baş məşqçisi Oskar Qarsiyanın üzünə dəyib. Onu dərhal xəstəxanaya aparıblar. Bu səbəbdən oyun təxirə salınıb.

Azarkeşlərin bu hərəkətinə görə PAOK-u ağır cəza gözləyir.