çərşənbə, 06 avqust 2025

DÜNYA FUTBOLU

UEFA-da Çempionlar Liqası ilə bağlı gözlənilməz qərar

26.02.2018 20:13 Oxundu 2687

UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının gələn mövsümü ilə bağlı danışıb.

O, yeni mövsümdə videotəkrar sistemindən (VAR) istifadə edilməyəcəyini bildirib:

“Biz gələn mövsüm bu turnirdə VAR-dan dəqiq yararlanmayacağıq. Əslində, mən bu sistemin əleyhinə deyiləm. Amma biz VAR-ın necə işlədiyini hamıya, əsasən də azarkeşlərə başa salmalıyıq. Bu məsələdə Rusiyadakı dünya çempionatı əla fürsət olacaq. VAR yaxşı layihə ola bilər. Amma hələ tələsməyək”.

Qeyd edək ki, VAR artıq Avropanın bir sıra aparıcı çempionatlarında istifadə olunur. Fransa, İtaliya və Almaniyada videohakim bir neçə dəfə səhv qərarların dəyişməsinə səbəb olub. VAR sistemi 2017-ci il Konfederasiyalar Kubokunda da tətbiq edilmişdi. Qafqazinfo