27.02.2018 14:29
2927

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib. Tura Gəncədə start veriləcək və Zirədə yekun vurulacaq. "Sumqayıt" və "Qarabağ" komandaları arasında "Kapital Bank Arena"da keçiriləcək mərkəzi görüş martın 3-də saat 18:30-da başlanacaq. Bu oyundan heç də az əhəmiyyət kəsb etməyən "Qəbələ" - "Neftçi" qarşılaşması isə ertəsi gün saat 15:30-a təyin olunub.
Azərbaycan Premyer Liqası, XVIII tur
3 mart
15:00. "Kəpəz" - "Səbail"
Gəncə şəhər stadionu
18:30. "Sumqayıt" - "Qarabağ"
Sumqayıt, "Kapital Bank Arena"
4 mart
15:30. "Qəbələ" - "Neftçi"
Qəbələ şəhər stadionu
18:00. "Zirə" - "Keşlə"
Zirə İdman Kompleksinin stadionu
Report