14.07.2016 13:08
1947
1947
Potidə gürcü şahmatçısı, qrossmeyster və beynəlxalq usta Nana Aleksandriyanın məktəbi tərəfindən təşkil olunan XI festival davam edir. İsveçrə sistemi ilə 9 turda keçirilən “A” turnirində 66 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir. Azərbaycanı təmsil edən 49 şahmatçıdan əsas turnirin medalları uğrunda qrossmeyster Zaur Məmmədov, beynəlxalq usta Nərmin Məmmədova, FIDE-nin ustaları Niyazi Nağdıyev, Andrey Mustafin, Murad Nuri, ustalığa namizədlər Kənan Qarayev, Fərid Aslanov, Aydın Süleymanlı və başqaları mübarizə aparırlar.
Birinci turda Azərbaycan şahmatçılarından Niyazi Nağdıyev, Zaur Məmmədov, Murad Nuri, Zaur Bayramov və Altay Eynullayev qalib gəliblər.
Turnirin qalibləri iyulun 20-də məlum olacaq.