27.02.2018 17:51
3242

Əzəli rəqiblər “Barselona” ilə “Real” arasında İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək oyunun tarixi açıqlanıb. “El Klasiko” çempionatın XXXVI turuna təsadüf edəcək. Komandaların mövsümün sonuna 3 tur qalmış üz-üzə gələcəkləri görüş mayın 6-da baş tutacaq. “Nou Kamp” stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək. Komandalar arasında “Santyaqo Bernabeu”dakı ilk dövrə matçında “Barselona” 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, La Liqada 25 turdan sonra “Barselona” 65 xalla turnir cədvəlinə başçılıq edirsə, aktivində 51 xal olan “Real” 3-cü pillədə qərarlaşır.Apasport