28.02.2018 13:25
3042

Bu gün mətbuatda “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun istefa verməsi haqda xəbər yayılıb. Xəbərə görə, 49 yaşlı ukraynalı mütəxəssis kluba rəhbərlik edən Zaur Axundovla yola getmir və onun öz işinə müdaxilə etməsindən bezdiyi üçün istefa verib. Məsələ ilə bağlı “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Maksimovun istefa vermədiyini bildirdi: “Maksimov bu gün səhər komandanı məşqə çıxarıb, axşam da məşqə çıxaracaq. Onunla əməkdaşlığımız davam edir”. “Keşlə” Premyer Liqanın 17 turundan sonra 12 xalla 7-ci pillədə qərarlaşıb.Komanda.az