01.03.2018 10:20
2934

İtaliya kubokunun yarımfinal mərhələsində “Latsio” ilə qarşılaşan “Milan” rəqibini penaltilər seriyası ilə məğlub edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, finala vəsiqə qazanan “rossonyerlər” məğlubiyyətsiz oyunlar seriyasını da davam etdirib.
Belə ki, komanda ardıcıl 13 matçdı ki, yenilgi üzü görmür. Maraqlıdı ki, Cennaro Qattuzonun yetirmələri 9 ildən sonra bu seriyaya çatmağı bacarıb. Belə ki, A seriyası təmsilçisi sonuncu dəfə 2009-cu ildə ardıcıl 13 görüşdə məğlub olmamışdı.
Qeyd edək ki, “Milan” İtaliya kubokunun finalında “Yuventus”la üz-üzə gələcək.