01.03.2018 16:01
3714

Fransa çempionatının son turunun "Marsel"lə oyununda zədələnən PSJ-nin hücumçusu Neymarın əməliyyat olunacağı dəqiqləşib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ulduz futbolçu bununla bağlı "İnstagram" hesabından paylaşım edib. O, baş verənlərə görə məyusluğunu etiraf etsə də, heç vaxt təslim olmayacağını vurğulayıb:
"Maneələr səni dayandıra bilməz. Qarşına bir divar çıxsa belə, təslim olma. Onu aşmaq üçün bir yol tap".
Qeyd edək ki, Neymarın 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.