cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Messinin evinin üzərindən təyyarə uça bilməz - Maraqlı qadağa

02.03.2018 12:40 Oxundu 2595

​“Barselona”da rekordları alt-üst edən dünya futbolunun superulduzu Lionel Messi haqda maraqlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Marca” qəzetinə danışan “Vueling” hava yolları şirkətinin prezidenti Xavyer Sançes Prieto təyyarələrin Lionel Messinin evinin üzərindən keçməsinin qadağan olduğunu açıqlayıb:

“Təyyarələr Messinin yaşadığı evin üzərindən keçmir. Çünki bu, qadağan olunub. Belə qadağa dünyanın heç bir yerində yoxdur”.

Messinin evinin üzərindən təyyarə uça bilməz