cümə axşamı, 07 avqust 2025

DÜNYA FUTBOLU

Hacı Hacıyev “Amkar”ın baş məşqçisi postundan istefa verib

02.03.2018 15:02 Oxundu 2024

Rusiyanın “Amkar” futbol komandasının baş məşqçisi Hacı Hacıyev istefa verib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, Perm təmsilçisinə müvəqqəti olaraq köməkçi-məşqçi Vadim Yevseyev rəhbərlik edəcək.

Qeyd edək ki, Hacı Hacıyev 2014-cü ilin dekabrından “Amkar”ın baş məşqçisi idi. Komanda Rusiya Premyer Liqasında 20 turdan sonra 21 xalla 13-cü pillədə qərarlaşıb.