cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Avropada azarkeşlərin stadionlara ən az getdiyi ölkələrdən biri Azərbaycandır - SİYAHI

03.03.2018 17:34 Oxundu 2805

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2016-17-ci il mövsümündə azarkeşlər tərəfindən stadionların cəmi 27,2%-i doldurulub. Cempion.az xəbər verir ki, bu barədə məlumat məşhur statista.com saytı tərəfindən açıqlanıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Premyer Liqasında oynayan klublara məxsus stadionlarında orta azarkeş tutumu 7 min 400 nəfər olub. Açıqlanan məlumatlarda həmçinin qeyd olunur ki, Avropa ölkələri arasında 2016-17-ci il mövsümü ərzində stadionları ən çox azarkeş İngiltərədə gəlib. İngiltərədə 2016-17-ci il mövsümündə stadionların 96,5%-i azarkeşlər tərəfindən tutulub. Məlumat üçün bildirək ki, bu göstərici Almaniyada 91.5%, Hollandiyada 87,3%, İspaniyada 71,7%, Fransada 67,1%, İtaliyada 56,8%, Türkiyədə 48%, İsraildə 44,5%, Rusiyada 44%, Qazaxıstanda isə 39,7% olub.