cümə axşamı, 07 avqust 2025

BİZİM FUTBOL

Premyer Liqa: "Sumqayıt" "Qarabağ" matçı heç-heçə ilə yekunlaşıb

03.03.2018 20:38 Oxundu 2708


Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. "Kapital Bank" arenada "Sumqayıt" "Qarabağ"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Amil Yunanov açıb. O, çempionatda 7-ci qolunu vurub. "Qarabağ" hesabda tarazlığı 75-ci dəqiqədə Pedro Enrikenin dəqiq zərbəsi ilə yarada bilib. Beləliklə, xallarını 45-ə çatdıran "Qarabağ" birinci, 28 xala malik "Sumqayıt" 4-cü pillədə qalıb. Oyuna maraq kifayət qədər böyük olub. 1500 tamaşaçı tutumuna malik stadionda daha bu qədər azarkeş pilləkənlərdə və hasar arxasından da baxıb.Report