cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

Futbolçular, mühafizəçilər və azarkeşlər arasında dava - Hollandiyada - VİDEO

05.03.2018 10:11 Oxundu 2489

Hollandiya çempionatının I Divizionunda "Qou Ehed İqls" və "De Qrafshap" komandaları arasında keçirilmiş XXVII tur matçında qalmaqal baş verib. Oyundan sonra meydana girən yerli fanatlar oyunçular və təhlükəsizlik xidməti əməkdaşları ilə dalaşıblar. Onlar "İqls"in çıxışından narazı olduqlarını futbolçuların diqqətinə şəxsən çatdırmağa çalışıblar. Asayişi pozanlar dərhal saxlanılıblar.

Qeyd edək ki, oyun "De Qrafshap"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Qou Ehed İqls" turnir cədvəlində 17-ci, "De Qrafshap" isə 6-cı pillədə qərarlaşıb.Report

futbol