05.03.2018 10:38
2445

Astara Olimpiya İdman Kompleksində rayon İcra Hakimiyyəti ,Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi ilə əlaqədar məktəbli yeniyetmələr arasında mini futbol üzrə rayon birinciliyi keçirilib. Astara şəhər 1, 2, 5 saylı, Suparibağ, Təngərüd, Artupa kənd tam orta məktəblərinin komandaları arasında uduzub-çıxma sistemi ilə keçirilən oyunların sonunda Astara şəhər 1 və 5 saylı tam orta məktəbin komandaları müvafiq olaraq I və II yerlərə layiq görülmüşlər. Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.Astarainfo.az